Bakıda peşə təhsili almaq istəyən ali təhsilli şəxslərin sayı açıqlanıb

Bakı şəhəri üzrə peşə təhsili almaq istəyən ali təhsilli şəxslərin göstəricisi açıqlanıb.

“Report”un məlumatına görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, bu göstərici ötən il ümumi müraciət və iştirak üzrə təxminən 400 nəfər (3 faiz) təşkil edib.

O qeyd edib ki, həmin şəxslər adətən daha yüksək məvacibli işlə məşğul olmaq istədiyindən əlavə peşəyə yiyələnmək istəyirlər: “Onlar əsasən turizm və İKT üzrə biliyə sahiblənirlər”.

ƏvvəlkiFransa ANAMA-ya minatəmizləmə alətləri göndərib
NövbətiLənkəran Peşə Məktəbinin hoteli olacaq