Güləşçimiz Əhmədnəbi Qvarzatilov Serbiyada gümüş medal qazanıb

Serbiyada güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə 61 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Əhmədnəbi Qvarzatilov startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. Bolqarıstan və Tacikistan güləşçilərindən də güclü olan Ə.Qvarzatilov finala yüksəlib. Dekabrın 18-də keçirilən həlledici görüşdə Rusiya təmsilçisi ilə bacarmayan güləşçimiz gümüş medal əldə edib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

ƏvvəlkiPeşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
NövbətiBu gün Bakıda 554 küçə dezinfeksiya edilib