Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 3-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən Türk.az-a bildirilib ki, proqramda hesablama əməliyyatları, geyim üzrə dizayner, ana dilində ünsiyyət, kompüter operatoru, dizayner, peşə etikası, interyer və eksteryerin bədii tərtibatçısı, bərbər-vizajist-manikürçü, aşpaz ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

ƏvvəlkiTəhsil Nazirliyindən özəl məktəblərə xəbərdarlıq: Nazirlər Kabinetinin Qərarına əməl edin!
NövbətiBaş Nazirin müavini Şahin Mustafayev Əfqanıstan səfirliyində Hökumət adından başsağlığı verib