Pentaqon: İranla müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib

ABŞ-nin İranla altı aydan çoxdur davam edən müharibəyə çəkdiyi hərbi xərclər azı 42 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun avqust ayında Konqresin müdafiə komitələrinə təqdim etdiyi məlumatda bildirilib. Vurğulanıb ki, yeni göstərici əvvəlki hesablamadan 4,5 milyard dollar çoxdur.

Qeyd edək ki, Ağ Ev iyun ayında Konqresdən 87,6 milyard dollarlıq əlavə maliyyələşdirmə istəyib. Bunun 67,1 milyard dollarının əsasən Yaxın Şərqdəki hərbi əməliyyatların təmin edilməsinə yönəldilməsi nəzərdə tutulur. Pentaqonun iyunun 29-na olan hesabatında əməliyyatların dəyəri 33,4 milyard dollar göstərilmişdi.

ƏvvəlkiPrezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
NövbətiAlmaniya Kansleri: Biz yeni ticarət tərəfdaşları qazanmalı və asılılıqları məqsədyönlü şəkildə azaltmalıyıq