Pakistanda meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb

Pakistanda meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu haqda Pakistan Səhiyyə Nazirliyinin sözçüsü məlumat yayıb.

Ölkədə xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün hava limanlarında karantin elan olunub.

Bildirilir ki, Səudiyyə Ərəbistanından deportasiya edilən şəxsdə qeydə alınıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, 2022-ci ilin yanvar ayından dünyada 86 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, 119 nəfər ölüb.

ƏvvəlkiFransa xarici işlər nazirinin Azərbaycana səfəri başlayır
NövbətiKeniyada dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 90 nəfərə çatıb