Keniyada dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 90 nəfərə çatıb

Keniyanın Malindi şəhərində “İsa peyğəmbərlə qarşılaşacağına söz verilən” və ölüm “oruc”unda həyatını itirənlərin sayının 90 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ölkədə 100-dən çox adam hələ də itkin düşmüş kimi axtarılır.

Məlumata görə, həyatını itirənlərin sayı sürətlə artmaqda davam edir.

Daxili İşlər Nazirləri Kabinetinin katibi Kithure Kindiki Malindidəki kilsə yaxınlığındakı Şakahola meşəsində tapılan meyitlərin sayınını artdığını təsdiqləyib.

Polis Malindi şəhəri yaxınlığında aparılan işləri davam etdirir.

Daha əvvəl bildirilirdi ki, Keniyada 20 il əvvəl pastor Pol Makkenzi tərəfindən yaradılmış “Xoş xəbərlər” beynəlxalq kilsəsinin üzvlərinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Keniyanın şərqində son üç gündə tapılan meyitlərin sayı 47-yə çatıb. Onlar dünyanın sonunun yaxınlaşdığını düşünüb və bu səbəbdən aclıq edib.

Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.

ƏvvəlkiPakistanda meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb
NövbətiYaponiyada ilk: uyğur qadın parlamentə mandat alıb