Fransa xarici işlər nazirinin Azərbaycana səfəri başlayır

Aprelin 26-da Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycan və Ermənistana səfəri başlayır.

“Report” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.

Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.

Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcək.

Əvvəlkiİrəvanda Avropa çempionatında medallarını ölkəmizə həsr edən türkiyəli idmançılara hədiyyələr təqdim olunub
NövbətiPakistanda meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb