Orta məktəb dərslikləri yeni məzmunda

Yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb.

Türk.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

Qeyd edək ki, orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Proses sentybarın 3-dən başlayıb və hazırda davam edir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

ƏvvəlkiMüdafiə Nazirliyi: Türkiyə-Rusiya İşçi qrupları Suriyadakı vəziyyəti müzakirə edib
NövbətiAzərbaycanda “sosial ev”lərin satışı növbəti dəfə baş tutmayıb