Operativ Qərargah: İctimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir

Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edək ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 8-i saat 00:00-dan bəzi sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

ƏvvəlkiBaş Prokurorluq Nərimanov rayonunda kranın yaşayış binasının üzərinə aşması ilə bağlı məlumat yayıb
NövbətiAzərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub