OPEC+ ölkələrinə ilin sonunadək hasilatı artırmaq tövsiyə olunub

OPEC+ Nazirlər Monitorinq Komitəsinin bu gün keçirilən iclasında iştirakçı ölkələrə bu il avqust – dekabr ayları ərzində gündəlik hasilatı hər ay 400 min barel artırmaq tövsiyə olunub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə OPEC-dəki mənbə bildirib.

Bununla da cari ilin 5 ayı ərzində gündəlik hasilatı 2 milyon barel artırmaqla ilin sonunda hasilatın 2018-ci il səviyyəsinə nisbətən ixtisarı 3,7 milyon barel həcmində olacaq.

Bununla yanaşı, hasilatla bağlı razılaşmanın müddətini 2022-ci ilin sonunadək uzatmaq barədə qərar verilib.

Qeyd edək ki, sözügedən tövsiyə Bakı vaxtı ilə saat 20.30-da başlayan OPEC+ nazirlər görüşündə nəzərdən keçirilməlidir.

ƏvvəlkiQırğızıstanın xarici işlər naziri Azərbaycana gəlib
NövbətiÇexiya millisi “Avro-2020″nin dörddəbir final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib