Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,4 dollar və ya 1,7 faiz artaraq 85,35 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

ƏvvəlkiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər
NövbətiBu il Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7,2 milyard dollar təşkil edib