“Azeri Light” markalı neft bahalaşıb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,25 faiz artaraq 86,5 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib
NövbətiTürkiyədə ağır yol qəzasında 19 nəfər yaralanıb