Ölkəmizə gələn qadın sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda çiçəklərlə qarşılanıb

Ölkəmizə gələn qadın sərnişinlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə çiçəklərlə qarşılanıb.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Dövlət Gömrük Xidmətinin əməkdaşları ölkəmizə gələn qadın sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi diqqət göstərərək, çiçəklər təqdim ediblər.

Qadınlar bu nəcib təşəbbüsə görə Komitənin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiBaş nazir Əli Əsədov Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb
Növbətiİnsan hüquqları üzrə Avropa Konvensiyasının 13 nömrəli Protokolu Azərbaycan tərəfindən imzalanıb