Baş nazir Əli Əsədov Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini xanım Xuon Sudari ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün mühüm platforma kimi səciyyələndirilib.

Azərbaycan ilə Kamboca arasında yaxın siyasi əlaqələrin mövcud olduğu bildirilib, iqtisadi, humanitar və digər sahələrdə də münasibətlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan-Kamboca əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

ƏvvəlkiBaş nazir Əli Əsədov Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
NövbətiÖlkəmizə gələn qadın sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda çiçəklərlə qarşılanıb