Ölkədə 2259 koronovirusa yoluxma faktı aşkarlandı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2259 yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 75 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 55 min 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib. Aktiv xəstə sayı 19571 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 516 min 84 test aparılıb. Bugünkü test sayı isə 13337-dir.

ƏvvəlkiPutin İlham Əliyevlə və Paşinyanla Dağlıq Qarabağ üzrə sazişi müzakirə edib
NövbətiTürkiyə ilk qələbəsini Rusiya üzərində qazandı