Oğuz rayonu Başdaşağıl kəndinə diametri 12-17 millimetr olan dolu düşüb

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb. Proses radar sistemləri ilə müşahidə edilib.

AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bildirir ki, qar örtüyünün hündürlüyü: Şahdağda 9, Qrızda 2 santimetr olub.

Yağan yağıntının miqdarı: Qaxda 37.0 millimetr (aylıq normanın 29 faizini), Mingəçevirdə 33.0 millimetr (aylıq normanın 96 faizini), Şəkidə 22.0 millimetr (aylıq normanın 24 faizini), Ağdamda 20.0 millimetr (aylıq normanın 41 faizini), digər rayonlarda düşən yağıntının miqdarı 5.0-11.0 millimetr olub.

Aprelin 6-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 millimetr, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.

Əvvəlkiİranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan olunub, 48 saata ölkəni tərk etməlidirlər
NövbətiMilli Məclisdə 20 məsələnin müzakirəsinə başlanılıb