İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan olunub, 48 saata ölkəni tərk etməlidirlər

Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə “Report”a XİN-dən məlumat verilib.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

ƏvvəlkiMexanikləşdirilmiş bölmələrdə praktiki çalışmalar yerinə yetirilib
NövbətiOğuz rayonu Başdaşağıl kəndinə diametri 12-17 millimetr olan dolu düşüb