Naxçıvanda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb

Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə “Report”a Muxtar Respublikanın (MR) Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Əvvəlkiİstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakı aeroportunda məcburi eniş edib
NövbətiBakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb