İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakı aeroportunda məcburi eniş edib

İstanbul-Tokio reysini həyata keçirən “Türk Hava Yolları”na məxsus hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə AZƏRTAC-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, “Boeing 777” təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsi qərara alınıb.

Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

ƏvvəlkiPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib
NövbətiNaxçıvanda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb