Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

“Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görür, ağacların budaqlarını, bəzi kolları budayıb, qazon örtüyünü yeniləyib, yeni güllər və kollar əkib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

ƏvvəlkiNaxçıvanda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb
NövbətiPrezident: Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, təbii qaz və elektrik enerjisi ixrac edir