Müharibə əlilləri və şəhid ailələrinin tibbi ehtiyacları üçün xüsusi şöbə yaradılır

Vətən müharibəsi yaralıları, müharibə əlilləri, şəhid ailələrinin tibbi ehtiyaclarının qarşılanması üçün xüsusi şöbə yaradılır.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu şöbə həmin şəxslərlə işləri tənzimləyərək onların istək və tələblərini təmin edəcək.