“Bank Respublika” Laçında ilk dəfə məktəbə gedəcək uşaqları sevindirdi

Ölkəmizin aparıcı banklarından biri olan “Bank Respublika” fəaliyyət göstərdiyi illər ərzində müxtəlif sahələrdə bir çox sosial layihələr həyata keçirib.

44 günlük Vətən müharibəsindən sonra “Bank Respublika” tərəfindən prioritet istiqamət kimi şəhid və qazi ailələrinə dəstək, eləcə də, işğaldan azad olunmuş torpaqlarımızda müxtəlif mövzulu sosial layihə həyata keçirmək seçilib. Bank bu istiqamətdə növbəti layihəsini işğaldan azad olunmuş torpaqlarımızda – Laçın rayonunda reallaşdırıb.

Belə ki, 15 sentyabr – Bilik Günü ərəfəsində bankın əməkdaşları Laçın şəhərinə səfər edərək burada ilk dəfə məktəbə gedəcək uşaqlarla görüşüb. Görüşdə bankın əməkdaşları balacalara məktəb ləvazimatlarından ibarət məktəbli çantalar hədiyyə edib, onlara yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu ediblər.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də, “Facebook“, “Instagram“, “LinkedIn“, “Telegram” səhifələrində və ya bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

ƏvvəlkiAzərbaycan Əlillər Cəmiyyəti ictimai birliyi layihəsini yekunlaşdırıb
NövbətiXarici ölkələrin baş prokurorları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib