Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda da daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 27 Sentyabr – Anım Günü ərəfəsində rayon icra hakimiyyətinin rəhbər şəxsləri, həmçinin idarə və müəssisələrin, qeyri-hökumət təşkilatlarının məsul nümayəndələri tərəfindən şəhid ailələri, qazilər, müharibə iştirakçıları evlərində ziyarət edilir, onlarla mənəvi-psixoloji söhbətlər aparılır, ailələri narahat edən məsələlər öyrənilir və müraciətlərinin həlli nəzarətə götürülür.

Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiTəslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
NövbətiBMT: Fransa müstəmləkələri müstəmləkəçiliyə son qoymağı tələb edirlər