Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunda guya traktora atəş açılması barədə məlumat yalandır

Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
NövbətiAzTV 44 günlük müharibəyə aid “Göz bəbəyim” filmini təqdim etdi