“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşları və “BakuBus” MMC-nin rəhbər şəxsləri iştirak ediblər.

İclasda “BakuBus” MMC-nin idarəetmə hesabatı müzakirə olunub, eləcə də Cəmiyyətin istismarında olan avtobuslara texniki xidmət göstərilməsi, onlara ehtiyat hissələrinin tədarükü məsələləri ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

İclas zamanı Cəmiyyətin maliyyə dayanıqlığının təmin edilməsi, istismara buraxılması gözlənilən yeni marşrut xətləri və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək digər tədbirlər ətrafında müzakirələr aparılıb.

ƏvvəlkiPlastmas şprislərin idxalı gömrük rüsumundan azad edilir
NövbətiMüdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunda guya traktora atəş açılması barədə məlumat yalandır