Müdafiə naziri Moskvada keçiriləcək hərbi parada dəvət olunub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

General-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

ƏvvəlkiAtəşkəs rejimi 26 dəfə pozulub
NövbətiPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib