Pakistanın “Milli Gün”ü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edir

Pakistanın “Milli Gün”ü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edir.

“Report”un xəbərinə görə, 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə milli bayram qeyd olunur.

Əlamətdar gün münasibətilə Pakistan Silahlı qüvvələri tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsindən biridir.

Qeyd edək ki, hərbi parad bu dəqiqələrdə artıq başlayıb.

ƏvvəlkiBaş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
NövbətiMartın 24-ü Rusiyada milli matəm günü elan edilib