Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda iştirak ediblər

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

ƏvvəlkiTayvan sahillərində güclü zəlzələ olub
NövbətiQHT Cəlilabad rayonunda “Erkən nigah və onun fəsadları“ mövzusunda tədbir keçirdi