Tayvan sahillərində güclü zəlzələ olub

Tayvan sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə “Report” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Ocağı 60 km dərinlikdə yerləşən zəlzələnin episentri Tayçunq şəhərindən 133 km cənub-şərqdə (əhali 1 milyon nəfərdən çox) yerləşib.

Sunami xəbərdarlığı verilməyib.Yeraltı təkanlar Taypey şəhərində hiss olunub.

ƏvvəlkiQırğızıstanla Türk Dövlətləri Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
NövbətiAzərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda iştirak ediblər