MSK Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Qüdrət Həsənquliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Qüdrət Həsənquliyevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.

ƏvvəlkiElşad Musayevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib
NövbətiPrezidentliyə namizədliyi təsdiq olunmuş şəxslərin səlahiyyətli nümayəndələri qeydə alınıb