Moldova parlamenti fövqəladə vəziyyət rejimini 60 gün uzadıb

Moldova parlamenti Ukraynadakı şəraitlə əlaqədar yaranan risklərə görə avqustun 3-dən fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.

“Report” xəbər verir ki, bu barədə Moldova parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, parlamentdə səsvermədə ümumilikdə 101 deputat iştirak edib. Layihə 55 səslə qəbul olunub. Müxalifət etiraz olaraq iclas zalını tərk etməklə səsvermədə iştirak etməyib.

Avropayönümlü Fəaliyyət və Həmrəylik Partiyasının deputatlarının 55 səsi ilə təsdiqlənib. Qanunverici orqanın spikeri İqor Qrosu bildirib ki, müxalifət etiraz əlaməti olaraq iclas zalını tərk edərək səsvermədə iştirak etməyib.

ƏvvəlkiDaşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı ilə bağlı bir sıra xidmətlər ucuzlaşıb
Növbətiİşğaldan azad olunmuş ərazilərdə daşınmaz əmlakla bağlı xidmətlər 50 % güzəştlə göstəriləcək