Milli Məclisə “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi daxil olub

Milli Məclisə “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi daxil olub.

“Report”un xəbərinə görə, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Yeni qanun layihəsi müvafiq qurumların rəhbərlərinin iştirakı ilə müzakirə ediləcək. Müzakirələrdən sonra layihənin birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.

ƏvvəlkiErmənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb
NövbətiDİM bazar günü 14 mindən çox şagird və məzun üçün imtahan keçirəcək