Martın 13-də Azərbaycanda COVID-19 əleyhinə 16 min 804 doza vaksin vurulub

Martın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 16 min 804 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 862, ikinci doza vaksinlərin sayı – 1354, üç və daha çox doza vaksinlərin sayı – 13 min 624, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 964-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 263 min 746, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 314 min 246, ikinci mərhələ üzrə 4 milyon 803 min 742, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 926 min 667, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 219 min 91-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda koronavirusa 192 yoluxma faktı qeydə alınıb
NövbətiTəlimdə bir qalanın sirri kinofilmindən fraqmentlər göstərildi