Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8 faizdən 7,75 faizə, faiz dəhlizinin aşağı həddi 6,5 faizdən 6,25 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8,75 faizə endirilib.

AZƏRTAC xəbər verir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib.

ƏvvəlkiSabah Azərbaycan və Ermənistan sərhəd Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır
NövbətiÖtən il Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard dollar olub