Bugünkü valyuta hərracında tələb 108 milyon dolları ötüb

Fevralın 22-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 108,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

ƏvvəlkiMeksika COP29 üçün “Gənc iqlim səfirləri” proqramına başlayıb
NövbətiCOP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib