Laçında baş verən qəzada iki nəfər ölüb

Sentyabrın 19-da saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Araşdırma aparılır.

ƏvvəlkiBayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
NövbətiXocavənddə minaya düşən nəqliyyat vasitəsinin görüntüləri