KXDR Yapon dənizinə ballistik raket atıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə ballistik raket atıb.

“Report”un xəbərinə görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Raketin buraxılışının təfərrüatları açıqlanmır.

Hərbçilər hesab edir ki, buraxılış Pxenyanın bir gün əvvəl Cənubi Koreyanın yanacaq daşıyan kosmik raket sınağına cavabı ola bilər.

Dekabrın 16-da xəbər verilib ki, Şimali Koreya cümə axşamı “yüksək gücə malik bərk yanacaq mühərriki”ni uğurla sınaqdan keçirib.

Qeyd edilir ki, KXDR-in Sohe raket poliqonunda keçirilən sınaqların nəticələri “yeni tipli strateji silah sisteminin inkişafına zəmanət” verir. Sınaqlara rəhbərlik edən KXDR lideri Kim Çen In yaxın gələcəkdə belə bir silahın yaradılacağına ümid etdiyini bildirib.

Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib.

ƏvvəlkiQubada avtomobil qəzası sakinləri qazsız qoyub
NövbətiBakı 2023-cü ili atəşfəşanlıqla qarşılayıb