Krım körpüsü fövqəladə hadisə səbəbindən bağlanıb

İyulun 17-də Kerç boğazı üzərindən keçən Krım körpüsünün Krasnodar diyarı tərəfdən 145-ci dirəyində fövqəladə vəziyyət baş verib. Körpüdə avtomobillərin hərəkəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, 14 yaşlı qız isə orta dərəcəli xəsarətlər alıb.

Hadisənin mümkün səbəbi kimi körpüyə Ukraynaya məxsus pilotsuz suüstü aparatların hücumu göstərilir.

İnsidentdən sonra körpünün hər iki istiqaməti üzrə kilometrlərlə uzanan tıxaclar yaranıb. Həmçinin Krımla Rusiyanın Kuban şəhəri arasında bərələrin hərəkəti dayanıb.

ƏvvəlkiAzərbaycana qar yağıb
NövbətiDünya bazarında qızıl ucuzlaşıb