Rusiya Prezidenti ilk dəfə Kerçdəki insidentdən danışıb

“Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”.

“Report” “Lenta”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kerç boğazındakı hadisə ilə bağlı ilk açıqlmasında vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyət tətbiq etmək üçün bu təxribat əvvəlcədən hazırlanıb. Hətta Krım Rusiyaya birləşəndən və Donbasda silahlı münaqişədən sonra Ukrayna hərbi rejim tətbiq etmədi. Ancaq adi kiçik bir insidentdən sonra bu rejim tətbiq olunub”, – o söyləyib.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

ƏvvəlkiRamil Usubov Serbiya Prezidenti ilə görüşüb
NövbətiUNESCO-da Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 25 illik yubileyi keçirilib