Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

ƏvvəlkiBundestaq Qolodomoru soyqırım kimi tanıyan qətnaməni təsdiqləyib
Növbəti“44 günlük zəfər – tarixi yazanların gözü ilə” adlı tədbirlər keçirilib