İtaliyada təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

İtaliyanın “Frecce Tricolori” akrobatika komandasının təyyarəsi Turin yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, təyyarənin avtomobilin üzərinə çırpılması nəticəsində beş yaşlı qız həlak olub. Onun doqquz yaşlı qardaşı yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Bu, bazar gününə planlaşdırılan hava şousundan əvvəl təlim uçuşu idi. Təyyarə aerodrom yaxınlığında uçuş-enmə zolağına düşüb və alovlanıb.

ƏvvəlkiGədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
NövbətiHəkim-infeksionist: “COVID-19-a yoluxmaların sayı artarsa, karantin tədbirləri qaçılmazdır”