Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

ƏvvəlkiErmənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
Növbətiİtaliyada təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb