İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının tərəfdaşlığı, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı və “Dəniz Mall” ticarət mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Sağlam olaq, Donor olaq” şüarı altında qanvermə aksiyası keçirilib.

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanvermə aksiyasından toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.

Aksiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına uyğun olaraq təşkil edilir.

ƏvvəlkiAzərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Növbətiİslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb