İnternetlə bağlı problemlərin araşdırılması və onların həlli istiqamətində müzakirələr aparılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İctimai Şuranın üzvləri, “Avirtel”, “Sazz-LTE”, “Smart systems technology”, “Azintex” internet provayderlərinin rəhbərləri və internet üzrə ekspert Eldar Cəfərov iştirak edib, internetlə bağlı problemlərin araşdırılması və onların həlli istiqamətində müzakirələr aparılıb.

İctimai Şuranın sədri Siruz Abasbəyli çıxış edərək bu toplantının nazirlikdə keçiriləcək birgə görüşün ilkin müzakirəsi olduğu və bu işdə rəhbərliyin İctimai Şuranın sədr müavini Qalib Qurbanova həvalə edildiyini diqqətə çatdırıb.

Qalib Qurbanov hazırda ölkəmizdə internet sahəsində böyük nailiyyətlər əldə olunduğunu söyləyib. Şuranın sədr müavini əlavə edib ki, bu sahədə müəyyən problemlər də mövcuddur.

“İctimai Şura olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin problemlərin həlli istiqamətində addımlar atmağa hazır olduğunu və diqqət ayırdığını müşahidə edirik”, – deyə Qalib Qurbanov vurğulayıb.

Sonra internet provayderlərinin rəhbərləri bu sahə üzrə mövcud problemləri səsləndiriblər.

Əvvəlki“Texnofest-2022” festivalı Azərbaycanda keçiriləcək
Növbəti“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 119,7 milyon manatadək vəsait qaytarılıb