İlahiyyat İnstitutundan 50 nəfər məzun olub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Məzun Günü keçirilib, 50 nəfər məzun oub.

“Report” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, məzunlar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Aİİ-nin tələbəsi Turqut Alışov tərəfindən Quran tilavəti təqdim edilib. Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin ifasında ilahi təqdim olunub.

Açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İnstitutun artıq beş ildir ki fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qeyd edib ki, ali təhsil müəssisəsi ikinci dəfə məzunlarını yola salır.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş olunub.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun məzunları “Tələbə andı”nı səsləndiriblər.

ƏvvəlkiƏrdoğan telefon danışığı zamanı Putini tam dəstəklədiyini bildirib
NövbətiAzərbaycan dili fənni üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb