Azərbaycandakı qeyri-müsəlman dini icmalarının sayı açıqlanıb

“Hazırda Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib”.

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan çox konfensiyalı ölkədir: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu konstitusiyamızda dini etiqad azadlığı, söz və vicdan azadlığı ilə bağlı müddəalar var. Bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri birgə yaşayırlar. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqətlə yanaşır”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bəşəriyyət birgəyaşayışın formalarını daim axtarıb: “Bütün dinlərdə də birgəyaşayışı müəyyənləşdirməklə bağlı istiqamətlər göstərilib. Bu gün də dünya yeni münasibətlər axtarışındadır. Dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə cəmləşib”.

ƏvvəlkiBaş Prokurorluq Ağdamda aşkarlanan kütləvi məzarlıqla bağlı məlumat yayıb
NövbətiPekində Si Cinpin ilə Antoni Blinken arasında görüş başlayıb