Qeyri-islam dini icmalarının nümayəndələri Qubada

Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar Qubaya səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə yaxından tanış olublar.

Səfər çərçivəsində qonaqlar qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqlarında olacaq, həmçinin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.

Səfərdə Azərbaycandakı Dağ Yəhudiləri, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-Lüteranlar”, “Bakı şəhəri Yeni Apostol”, “Həyat sözü Xristian”, Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Həyat sözü”, “Həyatverici lütf”, “Alov”, “Vineyard”, “Krişna Şüuru”, “Molokan ruhani-xristian” və “Bəhai” dini icmaları təmsil olunur.

ƏvvəlkiBu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
NövbətiPakistan II Qlobal Demokratiya Sammitində iştirakdan imtina edib