Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 500 mini keçib

Mayın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 988 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5391, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11597 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 505 min 206-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 971 min 523, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 533 min 683 nəfərdir.

ƏvvəlkiQırğızıstan və Tacikistan prezidentləri arasında daha bir telefon danışığı olub
NövbətiTürkiyə XİN rəhbəri qırğız və tacik həmkarları ilə telefonla danışıb