Türkiyə XİN rəhbəri qırğız və tacik həmkarları ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri ilə telefonla danışıb.

Trend-in Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, M.Çavuşoğlu danığıqlar zamanı Türkiyənin iki qonşu, qardaş ölkə arasında yaranan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Nazir ehtiyac olacağı təqdirdə Türkiyənin hər iki ölkəyə dəstək verməyə hazırlığını və iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından məmnun olduğunu ifadə edib.

ƏvvəlkiHazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 500 mini keçib
NövbətiGimnastımız Selcan Maqsudova Avropa çempionatının finalına çıxıb