Gürcüstanın Baş naziri Münxen konfransında regiondakı təhlükəsizlik məsələlərindən danışacaq

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Bu barədə AZƏRTAC-a hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilinin konfrans çərçivəsində təşkil olunacaq panel müzakirələrdə iştirakı nəzərdə tutulub.

Gürcüstan hökumətinin başçısı ölkənin iqtisadi inkişafı, regional münaqişələrin yaratdığı təhlükələr barədə çıxış edəcək.

Baş naziri bu səfərdə xarici işlər naziri İlya Darçiaşvili, müdafiə naziri Cuanşer Burçuladze və digər rəsmi şəxslər müşayiət edirlər.

Əvvəlkiİşğaldan azad olunan ərazilərdə tikinti işlərinin miqyası və dinamikası bu il daha da artacaq
NövbətiƏminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib